1668882330 026dd05a 2620 45d4 9564 6673e2d4a3c9

İsmayıllıda ölümlə nəticələnən yol – nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən xəbərə görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb.

Sürücü Arif Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib.

Məlumata görə,  M.Əhmədov ehtiyatda olan zabitdir.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş: