Əhməd Obalını oğlu döyüb? – Açıqlama

 

GünazTV-nin (Güney Azərbaycan TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalının döyülməsi ilə bağlı müxtəlif xəbərlər yayılmaqdadır. Son günlərdə onun məhz oğlu Dəniz Obalı tərəfindən hücuma məruz qaldığı bildirilir. Ə.Obalı isə konkret açıqlama vermədiyi üçün ictimaiyyət onun oğlu tərəfindən döyülməsi xəbərinin doğru olduğunu düşünür.

Globalinfo.az mövzu ilə bağlı Əhməd Obalıya yaxın şəxslərdən olan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanla əlaqə saxlayıb.

O, hadisənin necə baş verməsindən məlumatsız olduğunu bildirib:

“Açığı, mən Dəniz Obalını tanımıram. Əhməd Obalı bu yaxınlarda açıqlamasında hadisəni törədən şəxsin saxlanıldığını bildirdi. Araşdırma aparıldığına görə, başqa açıqlama verməyib. Məsələdə konkret olaraq ad çəkilmədiyi üçün fikir bildirməyim doğru olmaz”.

Zaira Akifqızı
Globalinfo.az