Əhməd Obalı: “Oğlum məni öldürmək istədi”

“Oğlum mənə hücum etdi və məni öldürmək istədi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Kaliforniya ştatında oteldə hücuma məruz qalması haqda danışarkən GünazTV-nin (Güney Azərbaycan TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı deyib.

O, hadisə yerinə gələn polis əməkdaşlarına oğlunun ona hücum etdiyini, yumruqla və hər hansı əşya ilə vurduğunu bildirib.

Məlumata görə, Santa Klara Rayon Prokurorluğu tərəfindən qaldırılan cinayət işində hadisənin “məişət zorakılığı” nəticəsində baş verdiyi, bu işdə yeganə şübhəli şəxs Əhməd Obalının oğlu Dəniz Obalı olduğu və Dənizin cinayət törətdiyinə görə həbs olunduğu qeyd edilib.