ehd ziyaret

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını doğum günü ilə bağlı ziyarət ediblər.

Globalinfo.az bildirir ki, Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyulub.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin həyat yolu, Azərbaycan tarixindəki yeri və ideyaları ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.

img 7032 img 7035

img 7039img 7041

img 7042

img 7051img 7050img 7054img 7055img 7056whatsapp 2025 06 24 11.18.08 ace80531

Paylaş: