Egey dənizi ilə bağlı XƏBƏRDARLIQ

Egey dənizində bu gün axşam saatlarında fırtına ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya 2-ci Region Müdirliyinin Proqnoz və Erkən Xəbərdarlıq Mərkəzi bildirib.

“6-8 (50-75 km/saat) gücündə olacaq fırtınanın şənbə günü axşam saatlarından sonra təsirini itirəcəyi gözlənilir”, – deyə məlumatda qeyd edilib.

Dənizçilərə və yerli əhaliyə dəniz nəqliyyatında fasilələr yarana biləcəyi ilə bağlı da xəbərdarlıq edilib.