“Moskva heç vaxt Bakı və İrəvan arasındakı danışıqlar prosesində ədalətli vasitəçi rolundan imtina etməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiya prezidentinin tərəfdaşlarla son əlaqələri, xüsusilə Azərbaycana səfəri, Ermənistanın Baş naziri Nikol Paşinyan və daha sonra Prezident İlham Əliyevlə telefon danışıqları bunun açıq təsdiqidir”, – o bildirib.
Səfir deyib ki, İrəvan 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə bir sıra tədbirlər həyata keçirməyə razılaşsaydı, onun üçün risklər azalacaqdı:
“Təəssüf ki, Ermənistan rəhbərliyi Aİ missiyasını dəvət etmək qərarı verdi, amma onlar ümumiyyətlə sərhədi qorumurlar. Əksinə onlar Azərbaycan, İran və Rusiya barəsində monitorinq adı altında kəşfiyyat məlumatları toplayırlar”.
Səfirin sözlərinə görə, Rusiya iki müttəfiqi arasında balanslı sülh müqaviləsinin imzalanmasına təhlükəsizlik arxitekturasının qurulması üçün imkan kimi baxır.
Əliyar Xəlil
Globalinfo.az