3a9be47c b424 4b50 b9f8 2504b3560e5d 640 620x297 1

“EGE Hospital”da xəstələr xoşagəlməz vəziyyətlə üzləşiblər.

Globalinfo.az-a daxil olan məlumata görə, adıçəkilən klinikada səhər saatlarından işıqlar sönüb.

Şahidlərin verdiyi məlumata görə, səhər saat 9 radələrində sönən işıqlar təxmini 2 saat sonra yanıb.

Məsələ ilə bağlı “EGE Hospital”la əlaqə saxlamaq mümkün olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: