Əfsanəvi italyan modelyer vəfat etdi

Əfsanəvi italyan modelyer Roberto Kavalli vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” nəşri yazıb.

Nəşrin məlumatına görə, Kavalli uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

Kavalli 84 yaşında vəfat edib. Modelyerin özündən sonra altı uşağı qalıb.

Qeyd edək ki, Kavalli 1940-cı ildə Florensiyada anadan olub. O, Rəssamlıq Akademiyasına daxil olub, orada interyer dizaynı üzrə təhsil alıb. Modelyer 1970-ci illərdə özünün Roberto Kavalli brendini yaradıb.

Əliyar Xəlil
Globalinfo.az