Əfqanıstanda güclü zəlzələ: ölənlər var

Bu gün səhər saatlarında Əfqanıstanın qərbində 6,3 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb.

Zəlzələnin episentri 1,9 milyon nəfər əhalisi olan Heratdan 40 km şimal-qərbdə olub.