Avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 888 min 320, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,8 faiz artaraq 61 min 805 təşkil edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,5 faiz artıb və 243 min 263 olub.