edqars

Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 21-23-də Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a prezidentin dəftərxanasından bildiriblər.

“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və ölkənin digər rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb”, – məlumatda qeyd olunub.

Bundan başqa, Prezident Rinkeviçsin Azərbaycan-Latviya biznes-forumunun açılışında da iştirak edəcəyi gözlənilir.

O, həmçinin Azərbaycanda yaşayan latviyalılarla da görüşəcək.

Paylaş: