part 1

Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra partiyada ciddi ixtilaflar baş verdiyi xəbərləri gəlir.

Daxili çəkişməyə rəğmən, partiyada ciddi istefalar baş verdi.

Globalinfo.az bildirir ki, Ədalət Partiyası tərəfindən Manevr.az-ın elektron poçtuna göndərilən kollektiv istefa ərizəsində deyilir:

“Bu gündən etibarən Ədalət Partiyasının seçkili orqanlarından və Partiya üzvlüyündən istefa verdiyimizi bəyan edirik:

1. Partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri və Siyası Şurasının üzvü – Babayev Meydan Əli oğlu

2. Partiyanın Humanitar məsələlər üzrə sədr müavini və Siyasi Şuranın üzvü – Dadaşova Vüsalə Valeh qızı

3. Ali Məclis sədrinin müavini, Siyasi Şüranın üzvü və aparat rəhbəri – Əliyev Mehman Nizami oğlu

4. Ali Məclisinin sədrinin birinci müavini, Siyasi Şuranın üzvü –Qurbanov Elvin

5. Ali Məclisin və Siyasi Şuranın üzvü  – İlham Hüseyn”.

Paylaş: