Ədalət Məhkəməsinin tələbinə İsraildən reaksiya: “Heç bir qüvvə…”

eff65bc0 ea4f 11ee 860f 4b0b053e4cd0

“İsrail dərhal Rəfahdakı hərbi əməliyyatı dayandırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu tələblə Beynəlxalq Ədalət Məhkəməsi çıxış edib.

Ekspertlər hesab edir ki, İsrail Ədalət Məhkəməsinin qərarına əməl etməyəcək. Lakin İsrailin Qəzza zolağındakı addımlarına  qarşı tənqidlər getdikcə artır. Hətta ən yaxın müttəfiqi olan ABŞ tərəfindən də bu tənqidlər davam edir.

İsrail isə bəyan edir ki, heç bir qüvvə Qəzza zolağında HƏMAS-a qarşı aparılan hərbi əməliyyatları dayandıra bilməz.

Bu arada İsrailin BMT məhkəməsinin tələbinə rəsmi cavabı çox gecikməyib.

Hökumət tərəfindən verilən bəyanatda bildirilib ki, İsrail Rəfahdə Fələstinin mülki əhalisinin məhv edilməsinə şərait yarada biləcək addımlar atmır. Cənubi Afrika Respublikasının Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı səsləndirdiyi fikirlər isə yalan və iyrəncdir.

Müşviq Tofiqoğlu
Globalinfo.az