qonaqlar cop 12

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana xarici ölkələrdən 80 minə yaxın qonaq gəlib.

Maraqlıdır, qonaqlar ölkəmizdə ən çox nəyi bəyəniblər?

Globalinfo.az paytaxtımıza gələn xarici iştirakçılar arasında məsələ ilə sorğu keçirib.

WhatsApp Image 2024 11 22 at 10. 3

Braziliyanın Aqrikultura və Meşəçilik İnstitutunun işçisi İsabel Qarsiya Driqo Bakının çox gözəl olduğunu vurğulayıb:

“Bakı gözəl və çox təmizdir, əhali əcnəbilərə qarşı olduqca mehribandır. Yeməkləriniz isə çox dadlıdır. Braziliyalılar üçün yemək məsələsi vacibdir. Bakı COP-a ev sahibliyi edən şəhərlər üçün gözəl nümunədir”.

WhatsApp Image 2024 11 22 at 10. 4

Kamerundan gələn “Yaşıl və yaxşı dünya” təşkilatının təsisçisi, BMT-nin Xüsusi ECOSOC məsləhətçisi və müşahidəçi Ambe Nqva Bakıya 2 gün öncə gəldiyini deyib:

“Bakıya noyabrın 20-də gəlmişik. Lakin bu müddət ərzində artıq insanların yardımsevərliyini görmüşük. Əhaliniz qonaqpərvər və yaxşıdır. Bakını sevdik, gözəl, modern şəhərdir”.

WhatsApp Image 2024 11 22 at 10. 2

İtaliyadan gələn jurnalist, “Ral Radio”nun aparıcısı Sonia Pilippazzi Bakıya ilk dəfədir səfər etdiyini bildirib:

“Nəqliyyat sisteminiz əladır. Məni qaldığım hoteldən Bakı Olimpiya Stadionuna rahat çatdırır. Nəqliyyatdan istifadə edərkən ətrafa nəzər yetirirəm. Əminəm ki, konfranslar bitdikdən sonra Bakını daha rahat gəzmək imkanım olacaq”.

WhatsApp Image 2024 11 22 at 10

Filippindən olan müşahidəçi Şena Katrin Orihuela Azərbaycan xalqı haqda yüksək fikirlər səsləndirib:

“Tıxacı bol olan bir ölkədən gəlirəm. Sizdə sıxlıq görmədim. Burada hava çox soyuq olsa da, xalqınız istiqanlıdır. Mənə elə gəlir ki, xarici ölkələrdən gələn hər kəsə belə xoş təsir bağışlayırsınız. Bakıda bir şokolad yedim, dadını hələ də unuda bilmirəm. Milli mətbəxiniz də çox gözəldir. Azərbaycanda olduğum müddətdə İçərişəhəri gəzmişəm, oranın qədim divarları, memarlığı mənə hədsiz maraqlı gəldi”.

WhatsApp Image 2024 11 22 at 10.44.39

Digər filippinli qonaq Aleks Ven Lev Bakıda çoxlu modern və tarixi abidələrin olduğunu qeyd edib:

“Bulvarda gəzmək çox gözəl təsir bağışlayır. Orada Xəzər dənizini görmək fürsətimiz oldu. Funiklyordan istifadə edib, Bakını üst nöqtədən də izlədik. Ümumilikdə gözəl şəhəriniz, maraqlı muzeyləriniz var. İçərişəhərdə, Heydər Əliyev Mərkəzində də olmuşuq. Xalqınız emosional və dostcanlıdır”.

WhatsApp Image 2024 11 22 at 10. 1

Malayziyadan gələn müşahidəçi Halisah Hairina Binti Razman Azərbaycan xalqını çox bəyəndiyini deyib:

“İlk olaraq Azərbaycan xalqının qonaqpərvərliyindən danışmaq istəyirəm. Düşünürəm ki, burada hamı istiqanlı və dostcanlıdır. Azərbaycana ilk dəfədir gəlirəm, amma xalqınız və memarlığınıza heyran oldum”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: