Estonia flag over Tallinn shutterstock 1880369926 scaled 1

Əbu-Dabidə ABŞ, UkraynaRusiya nümayəndə heyətləri arasında keçirilən üçtərəfli görüşlə bağlı bəzi təfərrüatlar məlum olub. 

Globalinfo.az xəbər verir ki, tərəflər danışıqları yanvarın 24-də davam etdirmək barədə razılığa gəliblər.

İlkin məlumata görə, Ukrayna üzrə danışıqlarda tampon zonalar və nəzarət mexanizmləri müzakirə olunub.

Qeyd edək ki, görüşdə Rusiya tərəfdən Əbu-Dabidə Dmitriyev iştirak edib. 10 nəfərdən ibarət Ukrayna nümayəndə heyətinin rəhbəri isə Rustem Umerov olub.

ABŞ nümayəndə heyətinin tərkibində isə xüsusi nümayəndə Uitkoff, ABŞ Prezidentinin kürəkəni Kuşner və Sülh Şurasının baş müşaviri Coş Qrünbaum yer alıb.

***

ABŞ, RusiyaUkrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: