bayraqlar uc

“İki günlük danışıqlarda iştirak edəcək komandaların bir hissəsi artıq Əbu-Dabiyə gəlib və müəyyən müzakirələr artıq başlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin müşaviri Dmitro Litvin məlumat verib.

“Komandaların bir hissəsi artıq oradadır, ona görə də bəzi məsələlər artıq müzakirə oluna bilər. Bu, qeyri-formal şəxslərin iştirakı ilə aparılan söhbətlərdir, buna görə də bunu aydın çərçivələri olan adi siyasi görüş kimi qiymətləndirmək olmaz”, – o deyib.

***16:31

Rusiya, ABŞUkrayna arasında Əbu-Dabidə üçtərəfli danışıqlar hələ rəsmi olaraq başlamayıb, amma bəzi qruplar artıq görüş yerindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” Ukrayna Prezident Administrasiyasına istinadla məlumat yayıb.

***14:59

Əbu-Dabidə Ukrayna, ABŞRusiya arasında üçtərəfli danışıqlar başlayıb.

Globalinfo.az bildirir ki, bu barədə “Sky News“ telekanalının müxbiri Salli Lokvud məlumat verib.

    Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞRusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.

    Paylaş: