ebrd 12

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) bu il 4,5 % artacağını proqnozlaşdırır.

Globalinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə bankın “Regional İqtisadi Perspektivlər” hesabatının sentyabr sayında bildirilib.

Sənədə əsasən, 2023-cü ildə EBRD Azərbaycan iqtisadiyyatının 2,5 % artacağını gözləyir.

EBRD Azərbaycanın daxil olduğu Sərqi Asiya və Qafqaz regionunu iqtisadiyyatının bu il 17,8 % kiçiləcəyini, gələn il isə 6,2 % böyüyəcəyini proqnozlaşdırır.

Paylaş: