DYP-dən məşhur türkiyəli blogerin iddialarına cavab – FOTOLAR

Azərbaycanda səfərdə olan türkiyəli bloger Alper Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib. 

O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.

Globalinfo.az bildirir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib:

“Türkiyəli bloqer Alper Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə məbləği ödənilib”.

O əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:

“Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.