Ermənilər Şuşada üstümüzə gələndə gördülər ki… – VİDEO

Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.

Globalinfo.az xəbər verir ki, budəfəki buraxılışda Vətən müharibəsi iştirakçısı Rizvan Məmmədov keçdiyi döyüş yolundan danışıb. Cəbhəyə könüllü olaraq yollanan müharibə veteranı Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak etdiyini qeyd edib.

R.Məmmədov Qubadlı döyüşlərində ermənilərlə üz-üzə vuruşduqlarını bildirib:

“Haradasa aramızda 120-130 metr məsafə var idi. Onlarla səhərə kimi döyüşdük. Səhər açıldıqda maşınlar gəldi, ermənilər məcburiyyətdən maşınlara minib qaçmağa başladılar”.

R.Məmmədov Şuşa döyüşlərindən də bəhs edib:

“Daşaltıda bizim sağ istiqamətimizdə “Yaşma” vuruşurdu. Biz erməniləri qəsdən öz üzərimizə çəkdik. Onlar elə bildilər ki, biz “Yaşma”danıq. Ermənilər üstümüzə gələndə gördülər ki, artıq Şuşa şəhəri “Yaşma” tərəfindən götürülüb”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: