Duqindən Ukrayna savaşı haqda QƏRİBƏ İDDİA

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı insanlığın son müharibəsi ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı məşhur filosof Aleksandr Duqin deyib.

“Xüsusi əməliyyat o qədər sərt və geridönülməz idi ki, bəlkə, Putinin özü də bu fikirdən qaçmağa çalışırdı”, – o bildirib.

Duqin səfərbərlikdən sonra Rusiyadan miqrasiyanın artmasını ölkənin virusdan təmizlənməsi kimi dəyərləndirib. Duqin savaşa görə ölkəni tərk edənləri “xain” adlandıraraq, səfərbərlik sayəsində Rusiyanın özünü sağlamlaşdırdığını iddia edib.

Qeyd edək ki, Duqin Rusiyada Avrasiyaçılıq ideologiyasının əsas təbliğatçılarındandır. Putinə ən yaxın simalardan sayılan Duqinin Ukraynada savaşın aparılmasının əsas ideya müəlliflərindən olduğu güman edilir.

Zaira Akifqızı
Globalinfo.az