“Yaxın Şərqdə “qanlı yağışlar” kimi tanınan son təbiət hadisələrinə Əhdi-Cədiddə (xristianların müqəddəs kitabı Bibliyanın ikinci bölməsi) işarə edilir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr iddia edir ki, müqəddəs kitabda təsvir edilən çayların və su hövzələrinin rənginin dəyişməsi dünyanın sonunu göstərən əlamətlərdən biri hesab olunur.
Xüsusilə ilahiyyatçı Yəhyanın “Vəhy” kitabının 16-cı fəslində (Apokalipsis) suyun qana çevrilməsindən bəhs olunur.
Qeyd edək ki, bir qədər əvvəl İranın Hörmüz adasında güclü yağışlar nəticəsində Qırmızı Çimərlik kimi tanınan sahil hissə parlaq qırmızıya qərq olub. Mütəxəssislər bildirir ki, bu nadir mənzərənin səbəbi adanın torpaq tərkibi ilə bağlıdır. Hörmüz adasının səthi dəmir oksidi ilə zəngin qırmızı gil qatlarından ibarətdir. Güclü yağıntılar zamanı bu torpaq yuyularaq dənizə axır və nəticədə sahilboyu sular tünd qırmızı çalar alır.
Tahir Turan
Globalinfo.az