Dünyanın heç bir yerində şair, yazıçı ziyalı sayılmır – Vüsalə Mahirqızı

“Dünyanın heç bir yerində, müasir Qərb cəmiyyətlərində, institularında şairi, yazıçını ziyalı hesab edən yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı “Otuz Plus” yutub kanalına müsahibəsində deyib.

“Adamlar özləri üçün əsər yazırlar. Biz isə onlardan cəmiyyətlə bağlı fikirlər söyləmələrini istəyirik. Bu, sovet sisteminin bir stereotipi idi. Şairdir, yazıçıdır – emosional adamlardır. Onların böyük əksəriyyətinin siyasi sistemlər, nəzəriyyələr, ciddi siyasi proseslərlə bağlı nə mükəmməl bir baza biliyi, nə də təhlili var. Cəmiyyətlə məşğul olmaq, problemlərini bilmək, sosioloji araşdırmalarını oxumaq həmin şəxslərin maraq dairəsində deyil”, – o, bildirib.

Ətraflı videoda: