Dünyanın ən zəngin adamları bu aylarda doğulur – MARAQLI ARAŞDIRMA

Dünyanın ən zəngin 500 adamından 45 nəfəri oktyabr ayında doğulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat dərc edib.

Araşdırma nəticəsində məlum olub ki, dünyanın 500-ə yaxın milyarderindən 19-nun ortaq cəhəti onların noyabrın 30-da anadan olmalarıdır. Bu təqvimdə doğulan zəngin və uğurlu insanlar arasında nəşriyyat maqnatları, sənaye oliqarxları və kino prodüserləri də var.

Araşdırmalara əsasən oktyabr milyarderlər üçün ən populyar ay seçilib. Belə ki, dünyanın 500 zəngin şəxsindən 45-i məhz bu ayda doğulub.

“Advance Publications”un sahibi Donald Nyuhaus 500 milyarder arasında 115-ci yeri tutsa da, 15,8 milyard dollar sərvəti ilə 30 noyabrda doğulanlar arasında birinci yerdə qərarlaşıb.

Əliyar Xəlil,

Globalinfo.az