Dünyanın ən yaşlı aslanı qəribə üsulla öldürüldü – SƏBƏB

19 yaşlı Keniya aslanı Lunkito yerli Masai qəbiləsinin üzvləri tərəfindən nizə ilə vurularaq öldürülüb.

Globalinfo.az xəbər verir ki, Lunkitonun öz növü üzrə dünyanın  ən yaşlı aslanı olduğu bildirilib.

Qeyd edilib ki, heyvanın öldürülməsinə səbəb onun mal-qaraya hücum etməsi olub. Sakinlər aslanın qocaldığı üçün daha asan ova cəhd etdiyini deyiblər.