berbok 0

***13:30

Beynəlxalq mediada yayılan məlumatlara görə, Almaniya xarici işlər naziri Annalena Berbokun Çinə səfəri zamanı heç bir rəsmi şəxs onu qarşılamayıb. Bu isə bir sıra sualların meydana çıxmasına səbəb olub.

Sözügedən addım qəsdən atılıb, yoxsa protokol xidmətinin səhvidir? Xaricdən yüksək rütbəli qonaq gəldikdə onun qarşılanması necə təşkil edilir? Bu səfər neçə gün öncədən bilinir?

Xəbəri videodan izləyə bilərsiniz:

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, rəsmi dövlət adamlarının səfərləri bir qayda olaraq protokola uyğun təşkil olunur:

“Beynəlxalq qanunvericilik, dövlətlərarası münasibətlər, müqavilələr və s. ilə tənzimlənir. Hansı dövlətə kimin, hansı məqsədlə səfər edəcəyi barədə əvvəlcədən məlumat verilir, razılıq əldə edilir. Bu rəsmi qayda-qanun, zəruri məsələdir”.

Siyasi şərhçi qeyd edir ki, Almaniya parlamentli respublikadır və hökumətin başçısı kanslerdir, nazirlərin də statusu kifayət qədər yüksəkdir:

“Xarici işlər naziri kanslerdən sonra ən yüksək ranqa malik olan nazirlərdən biri hesab olunur. Berbokun Çinə səfəri də əvvəldən razılaşdırılmalı idi. Bütün hallarda hər bir şəxsin ranqına uyğun olaraq qarşılanma mərasimi təşkil edilir. Əgər Berbokun səfərində onu heç kim qarsalamayıbsa, bu, ya hörmətsizlik, ya anlaşılmazlıq, ya da protokol da hər hansı yanlışlığın olmasından qaynaqlanır.

Məsələ ilə bağlı fərqli fikirlər də səsləndirilib. Bu səfərin əslində Çinə yox, Malaziyaya səfəri zamanı baş verdiyi də deyilir. Təyyarə düzgün yerdə parkalanmayıb. Yəni texniki qüsur olub. Ona görə də Berboku qarşılayan olmayıb. Təyyarənin düzgün yerdə dayanmaması səbəbindən belə bir anlaşılmazlıq yaşanıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: