Dünyada ilk dəfə: süni intellekt həkimi xəstələri qəbul edir

1 7

Çin şirkəti “Synyi AI” Səudiyyə Ərəbistanında dünyanın ilk süni intellekt həkimi ilə çalışan klinikasını istifadəyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, “Dr. Hua” adlanan süni intellekt həkimi pasiyentləri qəbul edir, onların şikayətlərini dinləyir, analiz edir və müalicə planı hazırlayır. Daha sonra bu plan canlı həkim tərəfindən yoxlanılır.

Test mərhələsində sistemin səhv nisbəti 0,3 faizdən də az olub. Hazırda “Dr. Hua” 30 nəfəs yolları xəstəliyini diaqnoz və müalicə edə bilir. Gələcəkdə bu göstəricinin 50 xəstəliyə qədər artırılması və yeni klinikaların açılması planlaşdırılır.

Aysel Əliyeva
Globalinfo.az