Vuqar isgender

“Fikrimcə, “Uşaq hüquqları haqqında” qanunun 29-cu maddəsində dəyişikliklər edilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, dəyişikliyə əsasən dövlət tərəfindən uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinət və kompensasiyalar formasında sosial yardımların nəzərdə tutulmasını təklif edib:

“Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları yardım və imtiyazların tətbiq edilməsi arzuolunandır. Eyni zamanda uşaqlara fondlar, hüquqi və fiziki şəxslərdə dəstək ola bilərlər. Bu, həm də dövlətin yükünü azaltmış olacaq. Əslində bu məsələ “Uşaq hüquqları haqqında” qanunun preambula hissəsində qeyd olunub. Beynəlxalq konvensiyada və bu qanunda uşaqlıq dövrü 18 yaşda bitir. Amma Azərbaycan Respublikası “Gənclər siyasəti haqqında” qanununda bu yaş 13-dür. Çünki həmin qanunda Azərbaycanda gənclik yaşı 14-29 hesab edilir. Gələcəkdə bu uyğunsuzluğa baxmalıyıq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: