av

Çin bu il müdafiə xərclərini 7,2 faiz artıraraq 231 milyard avroya çatdırmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Çin hökuməti yayıb.

Qərar Pekində Xalq Nümayəndələrinin 14-cü iclasında qəbul edilib.

Qeyd edək ki, Çin son illərdir davamlı olaraq hərbi xərclərini artırır. Pekin 2049-cu ildə dünya səviyyəli ordu yaratmağı planlaşdırdığını bildirir. Hökumət bunun təhdid yox, müdafiə xarakterli olduğunu bildirib.

Bundan öncə Avropa İttifaqı (Aİ) da silahlanacağını açıqlayıb. Rəsmi Brüssel bunun üçün 800 milyard avroya yaxın vəsait xərcləməyi planlaşdırdığını deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: