Beynəlxalq səyyahlar Ağdamda – FOTOLAR

Dünya şöhrətli “NomadMania” səyyah klubunun Ağdama səfəri başa çatıb.

Globalinfo.az xəbər verir ki, qonaqlar Şəhidlər Xiyabanında, Ağdam Cümə Məscidində və İmarət kompleksində olublar.

xxx

Dünya şöhrətli “NomadMania” səyyah klubu Ağdama səfər edib.

Globalinfo.az xəbər verir ki, səyyahlar Ağdamda Şəhidlər xiyabanında olublar.

Qeyd edək ki, heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “Black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

***

Dünyanın 30 ölkəsinin səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər, Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən məlumata görə,  beynəlxalq səyahətçilər Füzuli və Şuşa şəhərini ziyarət etdikdən sonra Xankəndinə səfər ediblər. Qarabağ Universiteti ilə tanışlıqdan sonra Xankəndi şəhərində aparılan böyük tikinti quruculuq işləri ilə yaxından maraqlanıblar.  Burda beynəlxalq səyyahlara məlumat verilib ki, hazırda Xankəndi şəhəri Konqres mərkəzi və Zəfər parkı tikilir. Mədəniyyət, Biznes mərkəzi, Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə Xüsusi nümayəndəliyinin inzibati binası, Zəfər muzeyi və şəhər stadionunda əsaslı təmir bərpa və yenidənqurma işləri həyata keçirilir. Ekskursiya zamanı səyyahlara Xankəndinin tarixi və turizm potensialı barədə də ətraflı məlumat verilib.

Xatırladaq ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları öz gözləri ilə görəcəklər. Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.  ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyahları  Qarabağda öz təəssüratlarını da bölüşüblər.

***09:52

Bu gün dünyanın 30 ölkəsinin – ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.

Globalinfo.az xəbər verir ki, 6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, NomadMania klubunun təsisçisi Hari Mitsidisdir (https://nomadmania.com, https://harrymitsidis.com).

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

1745492157 5a599fc0 fba6 4e2f 8bec f77fd50b60511745492162 c245cdec b825 4512 bf2f 53b8a2f2c642

1745492135 55761937 fdd1 4f50 896a 7da5cee30a531745492083 7f028af7 d3a7 4568 afe6 e48a35fef85f1745492156 31f282e3 d48d 4173 b4ed 72b785725cfb1745492129 b5196727 ba45 49e1 b054 9347eae82f34