Dünya Qadın Seriyası: “Neftçi”nin rəqibləri bilindi

19-20 iyul tarixlərində Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının (DQS) növbəti mərhələsi baş tutacaq.

Globalinfo.az xəbər verir ki, təmsilçimiz “Neftçi” “C” qrupunda Fransa və Polşa milliləri ilə mübarizə aparacaq.

Komandamız ilk oyunu 19 iyul Bakı vaxtı ilə saat 21:35 -də Fransa seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.