Dünya nəhəngləri Qazaxıstana yerləşir

Qazaxıstan Rusiyanı tərk etmiş 400-dən çox şirkəti ölkəyə dəvət edib.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Almas Aydarov deyib.

Onun sözlərinə görə, həmin şirkətlərdən 70-ə yaxını müsbət qərar verib, 25-i isə artıq ölkəyə yerləşib:

“ABŞ-ın “Honeywell” şirkəti Almatıda kiçik istehsal açıb. Tik-Tok, “İnDriver”, Avstraliyanın “Fortescue Metals Group”, Fransanın “Alstom” şirkətləri ofislərini Qazaxıstana köçürüblər”, – Aydarov bildirib.