Ankarada keçirilən NATO sammitində ən diqqətçəkən məqamlarından biri liderlərinin Mehtəran orkestri və yeniçərilər tərəfindən qarşılanması olub.
Globalinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdən sonra keçirilən mətbuat konfransında bu barədə danışıb.
“Hamısı bunu yüksək qiymətləndirdi. Liderlərlə görüşərkən mənə “Doğrudan da möhtəşəm idi” dedilər. Hətta bəziləri “Biz sizin yeniçərilərinizi tanıyırıq” ifadəsini işlətdilər”, – deyə o bildirib.
Bununla bağlı tarixçi professor Erhan Afyoncu da Türkiyə mediasına açıqlama verib.
O qeyd edib ki, təxminən 200 ildən sonra ilk dəfə yeniçərilər dövlət başçılarının rəsmi qarşılanma mərasimində iştirak ediblər.
Xatırladaq ki, iyulun 6-7-də Türkiyənin paytaxtı Ankarada NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı keçirilib.
Sammit yekun bəyannamənin qəbul edilməsi ilə başa çatıb. İttifaq azad və demokratik dövlətlərin birliyi olaraq həm kollektiv müdafiə prinsiplərini yenidən təsdiqləyib, həm də gələcək hərbi və iqtisadi yol xəritəsini müəyyən edib.
Əliyar Xəlil
Globalinfo.az