Dünya çempionatının bağlanış mərasimi keçirilib – FOTOLAR

Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının rəsmi bağlanış mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbir final matçının oynanılacağı Lusail stadionunda baş tutub.

Mərasimdə bir sıra dünya liderləri, o cümlədən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Maraqlı görüntülərin yaşandığı tədbirdən sonra mundialın həlledici qarşılaşması baş tutacaq.

Dünya çempionu adı uğrunda Argentina və Fransa milliləri yarışacaqlar.

***

Dünya çempionatının finalı Qətərin Milli Gününə təsadüf edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bazar günü ikiqat bayram münasibəti ilə turnirin həlledici matçının keçiriləcəyi Lusail stadionu yaxınlığında hava şousu və ölkənin hind icması tərəfindən karnaval keçirilib.

Aviaşounu Qətər Müdafiə Nazirliyinin yüngül təyyarələr eskadrilyası həyata keçirib. Qətər sakinləri və qonaqlarının izlədiyi tədbir zamanı yeni Lusail şəhər bulvarı üzərindəki səma dövlət bayrağının rəngləri ilə boyanıb.

Həmçinin, ölkənin hind icması da karnaval yürüşü təşkil edərək şənliyə xüsusi rəng qatıb.

Qeyd edək ki, çempionluq titulu uğrundə görüşdə Argentina və Fransa komandaları oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.