Dünya çempionatının ən yaxşı 10 oyunçusu – SİYAHI

Məşhur “Goal” nəşri yekunlaşmaqda olan dünya çempionatının ən yaxşı 10 oyunçusunun adını təqdim edib.

Globalinfo.az xəbər verir ki, nəşr Argentina yığmasının hücumçusu Lionel Messini dünya çempionatının ən yaxşısı hesab edir.

İkinci və üçüncü pillələrdə Fransa yığmasının hücumçuları Kilian Mbappe və Antuan Qrizmann qərarlaşıb.

Dörd və beşinci pillələrdə isə Mərakeş millisinin futbolçuları – Sofyan Amrabat və Əşrəf Həkimi yer alıb.

Siyahıda növbəti “beşliy”ə daxil olan futbolçular:

Nikolas Otamendi (Argentina), Xulian Alvares (Argentina), Olivye Jiru (Fransa), Bruno Fernandes (Portuqaliya), Rişarlison (Braziliya).

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalçıları Argentina və Fransa millisidir. Qızıl medallar uğrunda keçiləcək görüş dekabrın 18-i, Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.