dunya cempionati 1121 900x600 1

FIFA-nın rəsmi ikinci əl (təkrar satış) platformasında final oyunu üçün bilet qiymətləri rekord həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, ən ucuz kateqoriya 10 min dollardan başlayır:

“Orta kateqoriya 15-20 min dollar, yaxşı yerlər və VIP loja paketləri isə 50 min dollardan 2,3 milyon dollara qədər təklif olunur”.

F.Pərdəşünas qeyd edib ki, bunlar ilkin satış qiymətləri deyil:

“İlkin mərhələdə biletlər lotereya sistemi ilə satılıb. Hazırda isə bilet qazanan azarkeşlərin bir qismi onları FIFA-nın rəsmi təkrar satış platformasında daha yüksək qiymətə satışa çıxararaq qazanc əldə etməyə çalışır”.

Günel Cəlil
Globalinfo.az 

Paylaş: