2026-cı il futbol üzrə dünya çempionatında Almaniya və Yaponiya milli komandalarının eyni gündə turnirlə vidalaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, əvvəlcə Yaponiya yığması 1/16 final mərhələsində Braziliyaya 1:2 hesabı ilə məğlub olaraq mundialdan kənarda qalıb.
Daha sonra Almaniya millisi Paraqvayla qarşılaşmada əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa vursa da, penaltilər seriyasında 3:4 hesabı ilə uduzaraq turnirlə erkən vidalaşıb.
Bu nəticələrdən sonra sosial şəbəkə platformasında bir istifadəçinin paylaşdığı qısa şərh sürətlə yayılıb.
“Yaponiya və Almaniya eyni gündə ələndi. Bu, ən son 1945-ci ildə baş vermişdi”.
Paylaşım İkinci Dünya müharibəsinin 1945-ci ildə Almaniya və Yaponiyanın məğlubiyyəti ilə başa çatmasına istehzalı istinad kimi qiymətləndirilib və minlərlə istifadəçi tərəfindən paylaşılıb.
Əliyar Xəlil
Globalinfo.az