221127164140 lionel messi inter miami rumors spt intl 900x600 2

Argentina millisinin ulduz hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatına hazırlıq mərhələsində Hondurasla keçiriləcək yoldaşlıq görüşündə meydana çıxa bilməyəcək.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Qaston Edul “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, səhhətində yaranan kiçik problemlər səbəbindən Messi iyunun 7-nə təyin olunmuş Hondurasla yoxlama matçında iştirak etməyəcək.

Bununla belə, azarkeşləri sevindirəcək bir məqam da vurğulanıb. Ulduz futbolçunun iyunun 17-də Əlcəzairə qarşı keçiriləcək dünya çempionatının ilk matçında iştirakı şübhə doğurmur. Oyunçunun turnirin startına qədər tam bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Messi milli komandanın düşərgəsinə gələrək yığmanın heyətinə qoşulub.

Paylaş: