Beynəlxalq əmtəə bazarlarda neftin qiymətində artım müşahidə olunub.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Brent markalı “qara qızıl”ın dəyəri ticarət sessiyası ərzində təxinən 3 faiz bahalaşaraq 78.5 dollar/barell səviyyəsinə çatıb.
WTI markalı neftin qiyməti isə təxminən 4% artaraq 73,8 dollar/barelə qədər yüksəlib.
Analitiklər bahalaşmanı ötən cümə axşamı ABŞ-ın Nebraska ştatındakı neft sızmasından sonra Kanada və ABŞ-dan keçən Keystoun Boru Kəməri Sistemi ilə yanacağın nəqlinin dayandırılması, eləcə də Çində koronavirusla bağlı vəziyyətin yumşalması xəbərlərilə əlaqələndirirlər.