Ukrayna müharibəsini dayandırmağını yolunu bilirəm – Tramp

“Ukraynadakı müharibə dərhal bitməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.

O, Ukraynadakı konflikti 24 saata həll etmək gücündə olduğunu bildirib:

“Bu, inanılmazdır. Hakimiyyətdə nə etdiklərini bilməyən insanlar var. Əgər konflikt həll edilməsə, onu özüm 24 saata Putin və Zelenski ilə həll edəcəyəm. Bu, çox sadə danışıqlar olacaq, lakin nədən ibarət olacağını açıqlamayacağam. Ona görə ki, bu halda öz planımı reallaşdıra bilmərəm”.

İlkin Həsənov
Globalinfo.az