Dünya Bankı Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozunu yenilədi

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu yeniləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib.

Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2 faiz təşkil edəcək. Bu isə Dünya Bankının 2023-cü ilin yanvar proqnozu ilə müqayisədə 0,6 faiz azdır. Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1 faiz az, yəni 2,5 faiz, 2025-ci ildə isə 2,6 faiz artacağını müəyyən edib.