***
10:28
Aprelin 11-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində təxribat törədərkən yaralanan Ermənistan Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyanın son durumu açıqlanıb.
Globalinfo.az xəbər verir ki, erməni mediası onun vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını yazıb.
Məlumat üçün bildirək ki, A.Gözəlyan 1977-ci il iyunun 16-da Zəngəzurun Dığ kəndində doğulub. O, hazırda çalışdığı vəzifəyə fevralın 1-də təyin edilib. Daha əvvəl isə Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Rütbəsi polkovnikdir.
Ətraflı videoda:
Ayşən Mustafa
Globalinfo.az
