Dünən ölən erməni əsgər qubernatorun qohumudur

Dünən Zod kənd istiqamətində gedən döyüşlərdə ölən erməni əsgər Narek Norayri Bağdasaryan Ermənistanda qubernator olan Aharon Saakyanın qohumudur.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Ən yaxın qohumluq əlaqələrinə malik olduğum üçün Nareki uşaqlıqdan tanıyıram. Bizim Narek son dərəcə təmkinli, təvazökar, “vətənpərvər” idi. Ağrı hissi böyükdür”, – qubernator deyib.

Zaira Akifqızı
Globalinfo.az