islam rzayev 1

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İslam Rzayev ötən gün Balakəndə festivalda iştirak edib.

Belə ki, rayonda ənənə halını alan Xurma festivalında dünən İslam Rzayev ağac əkib, müxtəlif kompozisiyalarla tanış olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.

Sabiq icra başçısının sonuncu festivalından fotoları təqdim edirik:

5 9 2025 10 29 69021589460a2 IKOGzHy2GaPBFQVqVW8T4H8XkzllH6gj8eifZG7Y 825 4 Screenshot 1 Screenshot 2 1 Screenshot 3 Screenshot 4 Screenshot 5 Screenshot 6 1

Paylaş: