polsa

Avropa Parlamenti (AP) polşalı deputat Qrzeqorz Braunu toxunulmazlıq hüququndan məhrum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Avropa Parlamentinin sədrinə bu barədə Polşanın səlahiyyətli orqanlarını və Qrzeqorz Braunu məlumatlandırmaq tapşırılıb. O, Polşa prezidentliyinə 13 namizəddən biridir. Mayın 1-də deputatın tərəfdarları mitinq zamanı Ukrayna bayrağını cırıblar. Siyasətçi bu hərəkəti alqışlayıb və məsuliyyəti öz üzərinə götürüb”, – deyə bildirilib.

Qeyd edək ki, hazırda Polşanın prezidenti Anjey Dudadır.

Günay Rəsulqızı
Globalinfo.az  

Paylaş: