WhatsApp Image 2026 07 11 at 12.44.48

Azərbaycanlı gənc pianoçu Azərin Mustafazadə beynəlxalq uğura imza atıb. Bakı Musiqi Akademiyasının tələbəsi olan istedadlı musiqiçi Dubayda keçirilən nüfuzlu musiqi müsabiqəsində ikinci yerə layiq görülüb.

Globalinfo.az-a danışan Azərin Mustafazadə deyib ki, onu uğura aparan yol Bakı Musiqi Akademiyasına daxil olduğu gündən başlayıb:

“İlk dərslərdən müəllimim Nəzakət Rimazi mənə bu müsabiqədən danışdı və qatılmağı təklif etdi. Düzünü desəm, mənim üçün çox gözlənilməz oldu. Çünki akademiyaya təzə gəlmişdim və heç ağlıma da gəlmirdi ki, elə ilk aydan qarşıma belə bir fürsət çıxar, dərhal hansısa beynəlxalq müsabiqəyə qatılaram. Amma müəllimimin inamı və dəstəyi məni çox ruhlandırdı. Beləcə, qısa müddətdə gecə-gündüz hazırlaşıb, akademiyamızın tələbələri arasında seçilərək müsabiqəyə yollandıq”.

Gənc istedad bildirib ki, bu qalibiyyət özü, ailəsi və müəllimləri üçün inanılmaz bir sevinc olub:

“Bakıya qayıdanda hər kəs məni böyük qürurla və coşğu ilə qarşıladı. Xüsusilə Bakı Musiqi Akademiyasında müəllimlərimin və tələbə yoldaşlarımın təbrikləri, mənə göstərdikləri diqqət məni çox xoşbəxt etdi. Çəkilən o qədər əziyyətin, yuxusuz gecələrin bəhrəsini belə gözəl görmək və doğmalarımın üzündəki o qüruru hiss etmək mənim üçün ən böyük mükafat idi”.

O, növbəti illərdə də Azərbaycanı dünyada layiqincə təmsil etməyi düşünür:

“Mən təkcə bu uğurla kifayətlənmək istəmirəm. Bu, mənim üçün sadəcə gözəl bir başlanğıcdır. Qarşıda hələ öyrənməli olduğum çox şeyvar. Hazırda repertuarımı daha da genişləndirib, yeni əsərlər üzərində işləyirəm. Məqsədim gələcəkdə bundan da yüksək səviyyəli, dünya şöhrətli irimiqyaslı beynəlxalq müsabiqələrdə çıxış edib, ölkəni və mədəniyyətimizi hər yerdə qürurla təmsil etməkdir”.

WhatsApp Image 2026 07 11 at 12.44.47 WhatsApp Image 2026 07 11 at 12.44.50 WhatsApp Image 2026 07 11 at 12.44.49 WhatsApp Image 2026 07 11 at 12.44.51

Ləman İmran
Globalinfo.az

Paylaş: