DTX-nin tutduğu general ev dustaqlığına buraxılıb? – FOTO

***
11:20

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun ev dustaqlığına buraxılması ilə bağlı informasiyalar yayılıb.

Globalinfo.az bildirir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, sözügedən xəbər öz təsdiqini tapmayıb.

Belə ki, Ehtiram Xəlilov hazırda həbsdədir.

Qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda genişmiqyaslı əməliyyatı nəticəsində Dövlət Gömrük Komitəsinin bir neçə yüksək rütbəli vəzifəliləri saxlanılmışdı. Saxlanılanlar arasında “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov da var idi. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.