vb 131

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar.

DTX-nin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xidmət rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib.

Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.

vb 132 vb 133

Paylaş: