DTX-dən əməliyyat: Saxlanılan vəzifəli şəxslərdən daha birinin adı məlum oldu – YENİLƏNİB

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin bilinib.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da saxlanılıb.

***

14:40

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin adı məlum olub.  

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.

***

13:52

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

***

13:29

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.