FB IMG 1715355681110

Müasir müstəqil Azərbaycanın qurucusu, çağdaş dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmətin şəxsi heyətinin iştirakı ilə DTX-nin akt zalında təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Dövlət Himni səsləndirilib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev geniş nitqlə çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər salmış, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulamış, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib.

General-polkovnik Əli Nağıyev bildirib ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.

Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırıb.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə – DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib.

FB IMG 1715355678174 FB IMG 1715355683309 FB IMG 1715355689900 FB IMG 1715355692168 FB IMG 1715355694210 FB IMG 1715355700625 FB IMG 1715355696406 FB IMG 1715355702677 FB IMG 1715355704776 FB IMG 1715355707010

Paylaş: