63b829d50c15563b829d50c156167301371763b829d50c15363b829d50c154

Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində olublar.

Globalinfo.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə sərhədində yerləşən Sədərək, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan qurum rəhbərləri xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

63b829d529d8363b829d529d84167301371763b829d529d8063b829d529d82 63b829d52369f63b829d5236a0167301371763b829d52369c63b829d52369e 63b829d51aa1363b829d51aa14167301371763b829d51aa1163b829d51aa12 63b829d512b5f63b829d512b60167301371763b829d512b5c63b829d512b5d 63b8293e81efe63b8293e81eff167301356663b8293e81ef963b8293e81efb 63b829d5006a863b829d5006a9167301371763b829d5006a463b829d5006a6

Paylaş: